top of page

Ağdamda partlayış baş verib, 1 hərbçimiz həlak olub, 2-si yaralanıb

  • Xuraman Həmidova
  • Feb 4, 2021
  • 1 min read

ree

Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.

DİQQƏT.info bildirir ki, Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Allah rəhmət etsin.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page