Ağdam rayonunda 5 nəfər minaya düşüb.
DİQQƏT.info xəbər verir ki, hadisə Yusifcanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hadisə nəticəsində dördü bir ailənin üzvü olmaqla beş nəfər mülki şəxs minaya düşüb.
Minaya düşən şəxslər Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Nadir oğlu, Hüseynov Hüseyn Razi oğludur.
Hazırda ərazidə minatəmizləmə işləri aparılır. Bu səbəbdən yaralıları ərazidən götürmək mümkün deyil. Minatəmizləmə işləri bitdikdən sonra yaralılar oradan götürüləcək.
Qeyd edilir ki, minaya düşənlərdən Hüseynov Hüseyn Razi oğlu Hüseynov Akifin nəvəsidir və o, heç bir xəsarət almayıb. /Trend
Comments