Azərbaycanda həkim və yoldaşı koronavirusdan dünyasını dəyişib.
DİQQƏT.info xəbər verir ki, Ağdam Rayon Mərkəzi xəstəxanasının həkimi Gülnar Abbasova koronavirus xəstəliyindən dünyasını dəyişib. Məlumatda qeyd olunur ki, onun həyat yoldaşı futbol veteranı Elbrus Abbasov da bir neçə gün əvvəl koronavirusdan vəfat edib.
Qeyd edək ki, Gülnar Abbasova uzun müddət Ağdam Rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. O, 2015-ci ildə tutduğu vəzifədən azad edilib./Mətbuat.az
Comentários