top of page

Azərbaycanın Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişdi

  • Xuraman Həmidova
  • Feb 22, 2021
  • 1 min read

Azərbaycanın Xalq artisti Yalçın Rzazadə vəfat edib.

DİQQƏT.info xəbər verir ki, bu barədə müğənninin oğlu Mətin Rzazadə məlumat verib. O, bildirib ki, atası uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Xatırladaq ki, Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. Sevilən sənətçi 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

Allah rəhmət etsin!

ความคิดเห็น


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page