top of page

Azərbaycanın beynəlxalq axtarışa verdiyi iranlı iş adamı Türkiyədə tutuldu

  • Xuraman Həmidova
  • Mar 17, 2021
  • 1 min read

Azərbaycanın interpol xətti ilə axtarışa verdiyi iranlı iş adamı Türkiyədə saxlanılıb.

DIQQƏT.info xəbər verir ki, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan İran vətəndaşı Fərzad Foroozanmehri İstanbulda saxlanılıb.


Onun yaxın vaxtlarda Azərbaycana təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, bizneslə məşğul olan Fərzad Foroozanmehri Bakıda Azərbaycan vətəndaşı Orxan İsmayılzadənin evini 240 min manata sataraq pulu götürüb və ölkədən qaçıb.

Azərbaycan onu İnterpol vasitəsilə axtarışa verib./APA

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page