Azərbaycanı dünyanın bir sıra nüfuzlu ölkələri Qarabağ müharibəsindəki böyük zəfər münasibəti ilə təbrik edib: DİQQƏT.info xəbər verir ki, bu ölkələr aşağıdakılardır: 1. Türkiyə 2. Pakistan 3. Böyük Britaniya 4. İtaliya 5. Albaniya 6. Macarıstan 7. Moldova 8. Ukrayna 9. Polşa 10. Makedoniya 11. Kosova 12. Bosniya və Hersoqavina 13. Şimali Kipr Türk Respublikası 14. İsrail 15. İordaniya 16. Misir 17. Səudiyyə Ərəbistanı 18. Qətər 19. BƏƏ 20. İraq 21. İran 22. Gürcüstan 23. Belarus 24. Özbəkistan 25. Qırğızıstan 26. Türkmənistan 27. Qazaxıstan 28. İndoneziya 29. Əfqanıstan… Bu barədə açıqlama verən politoloq Elxan Şahinoğlu Azərbaycanı təbrik edənlər içərisində nüvə dövlətindən tutmuş BMT TŞ-nin daimi üzvünün (Böyük Britaniya) olmasına qədər, çoxsaylı dövlətlərin yer almasını Bakının hərb meydanında olduğu kimi, diplomatiyada da uğuru sayıb. O bildirib ki, bütün bunlar qələbəmizin dünyada tanıdılması və Azərbaycanın hazırda rus sülhməramlılarının nəzarətində olan hissəsində də qısa müddətdə hakimiyyətini bərpa etməsinə imkan yaradır./oxu24.com
Xuraman Həmidova
Comments