top of page

Azərbaycanlıların yaşadığı yataqxanada kütləvi yoluxma

  • Xuraman Həmidova
  • Dec 27, 2020
  • 1 min read

Almaniyada Azərbaycandan olan sığınacaq axtaranların da yaşadığı qaçqın yataqxanasında 32 nəfərdə COVID-19 aşkarlanıb. DİQQƏT.info xəbər verir ki, Hamburq şəhər Polis Təşkilatının yaydığı məlumata görə, eyniadlı qəsəbədə yerləşən qaçqın yataqxanasında onlarla insanın koronavirusla bağlı verdiyi testin nəticələri pozitiv çıxıb. Polis, qəsəbə səhiyyə təşkilatı və yanğınsöndürən briqadaları əraziyə gələrək, 25 nəfəri yaxınlıqdakı Rahlştend qəsəbəsindəki idman zalına köçürüblər. Yataqxana rəhbərliyindən bildirilib ki, ümumilikdə 189 nəfər koronavirus testi verib. “Pandemiyanın ilk günündən yatqxanada sərt karantin rejimi tətbiq olunur. Ancaq görünür bu yetərli olmayıb. Virusu yataqxanada məktəblilərin yaymasından şübhələnirik”, - deyə yataqxana rəhbərliyinin açıqlamasında qeyd edilir. (Report) Məlumat üçün bildirək ki, Harburq qəsəbəsində yerləşən qaçqın yataqxanasında Afrika ölkələri, İran, İraq, Suriya, Əfqanıstan, Pakistan, Azərbaycan, Gürcüstan və Rusiyadan gələn sığınacaq axtaranlar yaşayırlar. Ötən ayın məlumatına görə, yataqxanada 7 Azərbaycan vətəndaşı yaşayıb. Onlardan 3-ü dekabrın əvvəlində Azərbaycana deportasiya edilib./Report

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page