top of page
Xuraman Həmidova

Azərbaycanlı kriminal avtoritet "Albert Rıjiy" Rusiyada QƏTLƏ YETİRİLDİ - VİDEO



Rusiyada daha bir azərbaycanlı qanuni oğru qətlə yetirilib.

DIQQƏT.info xəbər verir ki, bu barədə "CrimeTime" məlumat yayıb.

Bildirilir ki, Moskvanın şimal-qərbində öldürülən şəxs cinayətkar cəmiyyətdə daha çox "Albert Rıjiy" kimi tanınan 40 yaşlı azərbaycanlı qanuni oğru Əli Heydərovdur.

Məlumata görə, cinayət hadisəsi bu gün günorta saatlarında mərhumun yaşadığı "Alıe Parusa" yaşayış kompleksinin fitness klubunda baş verib.

Qətl zamanı yaxınlıqda kriminal avtoritetin mühafizəçisi olub. Hazırda hadisə yerində polis əməkdaşları tərəfindən araşdırmalara başladılıb.

Xatırladaq ki, Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjiy" ləqəbi ilə məşhurlaşan Ə.Heydərov "qanuni oğru" adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. Ded Xasan klanında yer alan "Albert Rıjiy" Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi" təyin edilib.

"Qanuni oğru"nun qətlində şübhəli bilinən şəxsin də fotosu yayılıb. Bu şübhəlinin adı Taleh Orucovdur:


DİQQƏT.info hadisə yerindən kamera görüntülərini təqdim edir:





36 views0 comments

Recent Posts

See All

Comments


bottom of page