"Bu çirkin niyyət bir vaxt Azərbaycana qarşı yönələcək təcavüzkar aktın tərkib hissəsidir”.
DİQQƏT.info xəbər verir ki, bu sözləri Rusiyanın Gümrüdəki 102-ci bazası əsasında Ermənistan-Azərbaycan sərhədində, konkret Sünikdə ikinci hərbi baza yaradacağı barədə İrəvanda artıq rəsmi şəkildə səslənən fikirlərə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib.
Onun fikrincə, bu addımla Moskva Azərbaycan və Türkiyəni təzyiq altında saxlamağa çalışır: "Rusiya hər zaman olduğu kimi imperalist məqsədlər güdür. Buna getməklə, Moskva Azərbaycana, o cümlədən Türkiyəyə psixoloji təzyiq göstərməyi düşünür. Ermənistanın Azərbaycanla sərhəd zonasında hərbi baza yaratmaqla bir növ ölkəmizin gözünü qorxutmaq, ermənilərə isə Rusiya olmasa durumlarının çətin olacağını göstərmək istəyir”.
Q. Hüseynli qeyd edib ki, Kremlin belə bir niyyəti gələcəkdə həyata keçirməyi planlaşdırdığı pis niyyətlərdən xəbər verir: "Onlar türk və müsəlman dünyası daxilində ermənilərdən istifadə edərək, anklav yaratmaq istəyir. Bir azərbaycanlı kimi bunu bir vaxt Azərbaycana qarşı yönələcək təcavüzkar aktın tərkib hissəsi kimi dəyərləndirirəm. Rusiyanın mümkün olan hər yerdə hərbi bazalar yaratması maddi rifah halı aşağı olan bir ölkənin pis niyyətlərə sahib olduğundan xəbər verir və sivil dünyada normal qarşılanmır”./sfera.az
コメント