Xankəndidə fevralın 20-də keçirilən mitinqdə separatçıları dəstəkləyən, hərbi cinayətkarlarla yanaşı dayanan, Rusiya sülhməramlılarının hərbi formasında olan "müqəddəs ata" qovulur.
Azərbaycan təırəfinin sərt reaksiyası və tələbi ilə separatçılara rəğbət bəsləyən bu tip fevralın 24-nə qədər Qarabağı tərk etməlidir. Ryazandan olan bu "batyuşka" bu gün Xudavəng monastırını ziyarət etmək istəsə də, Azərbaycan hərbçiləri ona ciddi qadağa qoyub, hətta ona gözə görünməməyi tapşırıblar.
Rus sülhməramlıları isə bu "batya"nın onlara heç bir aidiyyətinin olmadığını, forma və şevronu isə Xankəndi mağazalarının birindən aldığını sübut etməyə çalışırlar.
Belə çıxır ki, kim istəsə asanlıqla bu formadan alıb. əyninə geyib Azərbaycana qarşı təxribat törədə bilər. Siz dediniz, biz də inandıq...
DİQQƏT.info olaraq bir faktı qeyd etmək istərdik ki, bütün bu baş verənlər rus sülhməramlılarına inamı azaldır və onların 5-illik ömrünü qısaldır.
Comments