top of page

Azərbaycanda ödəniş şirkətinin rəhbərinə cinayət işi açıldı

  • Xuraman Həmidova
  • Nov 25, 2020
  • 1 min read

Azərbaycanda şirkət təsisçisi barəsində cinayət işi açılıb.

"DİQQƏT" "Report"a istinadən xəbər verir ki, "Easy Pay” MMC-nin təsisçisi Pərviz Əliyev istintaqa cəlb edilib.

Araşdırma zamanı onun həmin şirkətə məxsus 200 min manata yaxın pulu mənimsədiyi məlum olub.

P.Əliyev barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, "Easy Pay” ("Epay”) MMC elektron ödəniş operatorudur.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page