top of page

Azərbaycanda yanğın hadisəsi baş verdi - 87 yaşlı qadın diri-diri yandı

  • Xuraman Həmidova
  • Feb 25, 2021
  • 1 min read

Göyçay rayonunda yanğın hadisəsi baş verib. DİQQƏT.info-nun xəbərinə görə, hadisə bu gün saat 15 radələrində rayonun Kürdşaban kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Muradova Elnarə Cəfər qızına məxsus ümumi sahəsi 110 kvadratmetr olan iki otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Nəticədə ev içərisindəki əşyaları ilə birlikdə yanıb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb və yanğın söndürülüb. Yanğın kəşfiyyatı zamanı orada yaşayan, 87 yaşlı Mahmudova Badam Ağası qızının yanmış meyiti tapılıb. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. APA Faktla bağlı araşdırma aparılır./yenisabah

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page