Vətən Müharibəsi başladığı zaman Səbuhi Əliyev və Elşən Bayramov səfərbərlik xətti ilə cəbhəyə gediblər. Onlar müharibədən sağ-salamat qayıtsalar da, öz evlərində dələduzluğun qurbanına çevriliblər.
DIQQƏT.info xəbər verir ki, Səbuhi Əliyev müharibədən qayıtdıqdan sonra mobil telefonuna zəng gəlib, özünü Müdafiə Nazirliyinin rəsmisi kimi təqdim edən Orxan adlı şəxs ona təyin olunacaq müavinət qarşılığında müəyyən məbləğdə rüşvət istəyib.
“Fizuli, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə olmuşuq. Evə qayıtdıqdan sonra fevralın 6-da mənə zəng gəldi. Özünü kapitan Həsənov Orxan kimi təqdim edən şəxs bildirdi ki, dövlət tərəfindən bizə pul ödəniləcək. Onun qarşılığında rüsum kimi 5 min AZN pul istədi, 2500 AZN bir ödədim, fevral ayının 8-i bir daha zəng vurub bildirdi ki, qalan 2500 AZN ödəyək və dövlət tərəfindən ayrılan pulu götürək”, - deyə Səbuhi Əliyev bildirib.
"Whatsapp" vasitəsi ilə danışıq zamanı dələduzluq edən şəxs Səbuhi Əliyevə onun üçün hazırlandığını bildirdiyi medalın şəklini də göndərib. Daha sonra isə həmin şəxs zərər çəkən Səbuhi Əliyevdən digər əsgər yoldaşlarının da telefon nömrələrini istəyib.
“Mənə zəng vurub bildirdi ki, sizə dövlət rüsumu birdəfəlik 6500 manat ödəniləcək, sonra isə aylıq 400 AZN alacaqsınız. Buna görə 5000 manat rüsum olaraq pul ödənilməlidir.. Biz də onun kart hesabına pulu göndərdik”, - deyə Səbuhi Əliyev əlavə edib. /redaktor
Ətraflı videoda:
댓글