Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin müəllimi, tanınmış rəssam Vaqif Ucatay vəfat edib. DİQQƏT.info-nun xəbərinə görə, V.Ucatay ötən gün 65 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Vaqif Ucatay 22 iyun 1955-ci ildə Şabran (o zamankı Dəvəçi -red) rayonunun Təkyə kəndində anadan olub. O, 1993-cü ildən vəfat edənə qədər Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Vaqif Ucatay əsərlərində milli ənənələri yaşadan rəssam olub. 2009-cu ildə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına həsr edilmiş 33 rəsmdən ibarət fərdi sərgisi keçirilib. Allah rəhmət eləsin!
Xuraman Həmidova
Comments