top of page

Azərbaycanda qanun dəyişdi - Bunu ödəməyənlər CƏRİMƏLƏNƏCƏK

  • Xuraman Həmidova
  • Apr 23, 2021
  • 1 min read

İcbari tibbi sığorta haqqını ödəməkdən yayınmaya görə cinayət məsuliyyəti müəyyənləşir.

DİQQƏT.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.


Dəyişikliyə əsasən, icbari tibbi sığorta haqlarını ödəməkdən yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.


Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib./sfera.az

Comentarios


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page