Öncə məlumat verdiyimiz kimi Sumqayıt şəhərində koronavirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın tələb və göstərişlərinə zidd olaraq şagirdlərə yerində hazırlıq keçən tədris mərkəzi aşkar edilib.
"DİQQƏT" xəbər verir ki, bu barədə Nocomment-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər sakini Taleh Mənsimova məxsus Lider hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.
Qeyd edək ki, “Lider” hazırlıq kursu adı FETÖ terror şəbəkəsininində hallanan nurçulara məxsus ARAZ hazırlıq kursunun bazasında fəaliyyət göstərir.
Belə ki, FETÖ tərəfdarları tərəfindən ordunun vasitəsi ilə Türkiyədə 2016-cı ilin 15 iyulunda cəhd edilən uğursuz çeviriliş cəhdindən sonra bu şəbəkənin Azərbaycanda da təhsil mərkəzləri təqibə məruz qalmışdı.
Qısa bir müddət ərzində ARAZ Hazırlıq kurslarının bütün şəhər və rayonlardakı filialları adlarını dəyişərək müxtəlif adlarda yenidən fəaliyyət göstərməyə başladı. Şəbəkənin adı Fətulla Gülənə Hizmətdə keçən bir çox müəllimləri isə ölkəni tərk etmək məcburiyyətində qaldılar.
Görülən tədbirlər nəticəsində kursun direktoru T.Mənsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi isə protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həmin şəxs 10 sutka inzibati qaydada həbs edilib.
Comments