top of page

Azərbaycanda kişi öz ailəsini qumbara ilə partlatmaq istədi

  • Xuraman Həmidova
  • Mar 17, 2021
  • 1 min read

Bakının Lökbatan qəsəbəsində ata öz evini partlatmaq istəyib. DİQQƏT.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 15-də saat 23.20-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib. Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılmış, ondan “UZRQM-2” markalı qumbara götürülüb./yenisabah

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page