top of page

Karantin rejimi daha da sərtləşdirilə bilər - TƏBİB-dən XƏBƏRDARLIQ

  • Xuraman Həmidova
  • Nov 30, 2020
  • 1 min read

ree

Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçılmaz edəcək.

"DİQQƏT"-in məlumatına görə bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, bir çox ölkələr yoluxma sayının artmasında görə, sərt tədbirlərə, məhdiyyətlərə gedirlər:

“Bütün ölkələrin çarpayı sayı, tibbi personalın sayı məhduddur. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla insan təkcə özünü deyil, ailəsini, yaxınlarını da qorumuş olur. Maskadan istifadə və digər karantin qaydalarına əməl etməyin məsuliyyətini hər bir vətəndaş hiss etməlidir”.

Onun sözlərinə görə, artıq virusdan təkrar yoluxma halları da təsdiqlənib, buna görə də sağalan insanlar arxayınlaşmamalıdır.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page