top of page

İşıqlar söndüyü üçün transformatora müdaxilə edən kənd sakini öldü

  • Xuraman Həmidova
  • Mar 29, 2021
  • 1 min read

Gədəbəy rayonunda kənddə işıqlar söndüyü üçün transformatora müdaxilə edən şəxsi “tok” vurub.

DIQQƏT.info Gədəbəy rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, martın 25-də saat 19 radələrində Gədəbəy rayonu, Kərimli kənd sakini, 1969-cu il təvəllüdlü Hüseynov Şaiq Hüseyn oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Araşdırmalarla Şaiq Hüseynovun kənd ərazisində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatora müdaxilə edərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page