top of page
Xuraman Həmidova

Azərbaycana əsir düşən livanlı erməni qadın ölkəsinə QAYTARILIB - FOTO


Azərbaycanın Qarabağ bölgəsində saxlanılan erməni mənşəli Livan vətəndaşı Maral Nacaryan azadlığa buraxılıb. DİQQƏT.info Teleqram kanallarına istinadən xəbər verir ki, noyabr ayında işğaldan azad edilmiş ərazilərimizdə saxlanılan qadın hazırda Livanın paytaxtı Beyrut şəhərindədir.


Bu barədə “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zohrabyan öz feysbuk hesabında məlumat verib.


“Maral Nacaryan bir neçə dəqiqə əvvəl Beyrutdakı evinə çatdı”,- deyə o qeyd edib. Xatırladaq ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko qadının azad olunması üçün Azərbaycan tərəfinə müraciət etmişdi.


7 views0 comments

Recent Posts

See All

Comments


bottom of page