top of page
Xuraman Həmidova

“Azərbaycana qarşı atılan bu addım yolverilməzdir” - Qərbin riyakarlığı


“Bəzi Qərb ölkələrinin Qarabağ müharibəsinə görə Azərbaycan hakimiyyətinə sanksiyalar tətbiq etməyə hazırlaşması riyakarlığın pik nöqtəsidir”.

"DİQQƏT" xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

“Bəzi Qərb ölkələrinin Qarabağ müharibəsinə görə Azərbaycan hakimiyyətinə sanksiyalar tətbiq etməyə hazırlaşması təkcə yolverilməz deyil, həm də riyakarlığın pik nöqtəsidir. 30 il “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deyib, amma onun bərpası üçün barmağını da tərpətməyənlərin ölkənin öz ərazisini işğaldan azad etməsinə sanksiyalarla cavab verməsi həm də siyasi əxlaqsızlıqdır.

İç üzlərini açmaqda davam edirlər. Onsuz da nə olduqlarını bilirdik, bilmədiklərimizi də göstərirlər, amma bundan sonra hüquqlar, azadlıqlar, demokratik dəyərlər haqda da danışmasınlar. Dəyərləri belə də bəllidir”, - ekspert qeyd edib.

5 views0 comments

Recent Posts

See All

Comments


bottom of page