top of page
Xuraman Həmidova

“Azərbaycan Ordusu Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır”


Azərbaycan Ordusu Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır”.

"DİQQƏT" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

“Azərbaycan Ordusu günü bu gün missiyasını yerinə yetirməyə hazırdır. Kəlbəcərə 2 istiqamətdən hərəkət baş tutacaq. Yol çox dardır. Proses ləngiyə bilər. Vəziyyəti diqqətlə izləyirik. Yaranmış vəziyyəti ictimaiyyətə çatdırırıq. Erməni işğalçılar bizim ərazini tərk edərkən binaları, meşələri yandırır. Bununla da iç üzünü dünyaya göstərir. Biz bu proseslərə nəzarət və monitorinq edirik", - deyə Mahmudov əlavə edib.

17 views0 comments

Recent Posts

See All

Comments


bottom of page