top of page

Azərbaycan mədəniyyətinə ağır itki üz verdi - Gözəl bəstəkar Nailə Mirməmmədli dünyasını dəyişdi

  • Xuraman Həmidova
  • Jan 4, 2021
  • 1 min read

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli vəfat edib.

DIQQƏT.info-nun məlumatına görə, sənətçi bu gün 59 yaşında dünyasını dəyişib.

Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb./Teleqraf.com

Allah rəhmət eləsin!

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page