top of page
Xuraman Həmidova

"Azərbaycan diplomatları Füzuliyə aparır, bizim milli xain isə milli təlxəklə görüşür"


"Bu gün Azərbaycan 120-dən çox diplomat, hərbi attaşe və beynəlxalq təşkilatların əməkdaşlarının Füzuli şəhərinə səfərini təşkil edib. Azərbaycan hakimiyyətinin məqsədi ermənilər tərəfindən tamamilə dağıdılmış Füzuli şəhərini göstərmək və bizi təcavüzkar kimi təqdim etməkdir".

"DİQQƏT" Virtualaz.org-a istinadən bildirir ki, bunu Facebook sosial şəbəkəsindəki səhifəsində konstitusiya eksperti Qoar Meloyan yazıb.

Onun sözlərinə görə, Azərbaycan sonradan Ermənistandan 50 milyard dollarlıq zərərin əvəzinin ödənilməsini tələb etmək niyyətindədir.

"Müharibə zamanı Azərbaycan hakimiyyəti Gəncə və Bərdə şəhərlərinə də analoji səfərlər təşkil edib. Bəs bizim iqtidar nə edir? Heç bir şey. Bu arada milli xain (Nikol Paşinyan - red.) və onun marioneti - milli kloun (Qarabağ separatçılarının lideri Araik Arutyunyan – red.) hökumət binasında görüşürlər", - deyə o yazıb.



34 views0 comments

Recent Posts

See All

Comentarios


bottom of page