Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçiriləcək. "DİQQƏT" xəbər verir ki, paradın dekabrın 10-da Azadlıq Meydanında keçiriləcəyi planlaşdırılıb. Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı bildirib ki, paradın tarixi barədə hələlik məlumatsızdır: Polkovnik Vətən Müharibəsində Ermənistandan hərbi qənimət kimi ələ keçirilən müxtəlif adda texnikanın hərbi paradda nümayiş olunacağını istisna etməyib: “Paradda texnika nümayişi olacaq, amma hansı texnikadan neçə ədəd nümayiş etdiriləcək, bunu deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, bu parad möhtəşəmliyilə seçiləcək, bu parada çatacaq parad olmayacaq”. Ş.Ramaldanov budəfəki paradda aparıcılıq edəcəyilə bağlı sualımıza zarafatyana “aparıcılıq Azərbaycan vətəndaşına həvalə ediləcək, adının fərqi yoxdur”,- deyə bildirib
Xuraman Həmidova
Comments