top of page
Xuraman Həmidova

“Azyaşlı oğlum Seymura “atamı vurma” deyib, ayağından tutdu...” – Tovuzda dəhşət


Tovuz rayonunda qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1971-ci il təvəllüdlü Oqtay Abdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"DİQQƏT"-in məlumatına görə, Oqtay Abdiyev 20 aprel 2019-cu il tarixdə saat 18 radələrində Tovuz rayonunun Yanıqlı kəndindəki toy məclisində yeyib içib. Sərxoş vəziyyətdə piyada yaşadığı evə qayıdarkən yolda onunla rastlaşan həmkəndlisi Seymur Tağıyevin onun yerişini yamsılamasından əsəbləşib.

Oqtay Abdiyev Seymur Tağıyevi söyərək evə gedib. Seymur isə arxasınca gələrək ona və ailə üzvlərinə fiziki zor tətbiq edib.

Bundan hiddətlənən Oqtay Abdiyev evin mətbəxinə daxil olaraq oradan bıçaq götürüb və artıq həyətdən çıxıb evi istiqamətində gedən Şeymur Tağıyevin arxasınca gəlib. Oqtay Abdiyev Seymur Tağıyevi yaşadığı evin həyətinin darvazası qarşısında yaxalaya bilib.

Bu zaman Oqtay Abdiyevin əlində bıçaqla gəldiyini görən Seymur Tağıyevin səsinə küçəyə çıxmış atası Cəlal Tağıyev onu sakitləşdirmək isyəyib.

Oqtay Abdiyev özündə olan bıçaqla Calal Tağıyevə bir neçə zərbə vurub. Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Abdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

24 views0 comments

Recent Posts

See All

Comments


bottom of page