top of page

AzTV-nin binasında bədbəxt hadisə, xəsarət alan var

  • Xuraman Həmidova
  • Dec 25, 2020
  • 1 min read

ree

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib. Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən DİQQƏT.info-nun əldə etdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaşımız xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılıb.

Yaralı paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page