top of page
Xuraman Həmidova

Ayvazyan yenə "ağzına gələni danışdı": Şuşa erməni mədəniyyətinin beşiyidir


Ermənistan xarici işlər naziri yenə də diplomata yaraşmayan bəyantla gündəmə gəlib.

DİQQƏT.info Teleqram kanalına istinadən xəbər verir ki, Azərbaycan rəhbərliyinin Şuşada verdiyi açıqlamalar qonşu ölkənin rəhbərliyinə, xüsusən də Ara Ayvazyana rahatlıq vermir. Axı Müzəffər Ali Baş Komandan məhz Ayvazyanın Qarabağa səfərini hədəf alaraq, bu səfərlərə son qoyulmasını tələb etmişdi.

“Mənim Qarabağa son səfərim vacib idi, ümumi bir gündəm formalaşdırmaq və işimizi Qarabağla birləşdirmək məsələlərini müzakirə etdik. Ermənistan tərəfi ATƏT-in Minsk qrupu formatında danışıqlara başlamağa və təməl prinsiplər ətrafında danışıqlara hazırdır. Bizim üçün prioritet məsələ ərazilərin işğaldan çıxarılması və erməni əhalisinin geri qaytarılmasıdır. Eləcə də humanitar yardım göstərilməsi, mədəni və dini irsin qorunması məsələləri də vacibdir”, – deyə XİN başçısı jurnalistlərlə görüşü zamanı söyləyib.

Sonda Ayvazyan qeyd edib ki, “Şuşa məsələsinə gəldikdə, bu şəhər erməni mədəniyyətinin mərkəzidir”. Onun sözlərinə görə, “kimin nə deməsindən asılı olmayaraq, erməni tərəfi Şuşanın Azərbaycan mədəniyyətinin mərkəzinə çevrilə biləcəyi ilə razı deyil…”

Ayvazyan bu sərsəmləmələrindən əl çəkmir. Dəyirman öz işini görür, çax-çax baş ağrıdır...


13 views0 comments

Recent Posts

See All

Comments


bottom of page