top of page
Xuraman Həmidova

Ayvazyan ingilis nazirlə danışdı, açıqlamasaı gülüş doğurdu


Ermənistan xarici işlər naziri Ara Ayvazyan və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi arasında telefon danışığı baş tutub.

DİQQƏT.info xəbər verir ki, telefon söhbətində Qarabağla bağlı müzakirə aparılıb.

Tərəflərin “münaqişə”nin Minsk Qrupu çərçivəsində, həm də “sülh yolu ilə” həllinin tərəfdarı olduqlarını bildirməsi barədə Ermənistan XİN-in yaydığı açıqlama isə gülüş doğurmaya bilməz.

Qeyd edək ki, Qarabağ münaqişəsi artıq yoxdur və Azərbaycan 27 illik sülh danışıqlarının heç bir nəticə vermədiyini görüb, hərbi yolla torpaqlarını işğaldan azad edib. Ayvazyan MQ ilə birgə Qarabağda “sülh yolu ilə” nəyi həll etmək istəyir, yəqin ki, özü də bilmir./Axar.az

13 views0 comments

Recent Posts

See All

コメント


bottom of page