top of page
Xuraman Həmidova

AXTARILIR – Səhiyyə naziri


Ölkədə virus tüğyan edir, yoluxanlar, ölənlər artır, səhiyyə sistemi iflic vəziyyətindədir, Oqtay Şirəliyev yenə ortada yoxdur.

Azərbaycan COVID-19 pandemiyasının ən çətin mərhələsini yaşayır. Gündəlik qeydə alınan yoluxma sayı 4 minin üzərindədir, real yoluxma isə bundan qat-qat çoxdur. Vəfat sayı da artır. Artıq xəstəxanalarda yer çatışmazlığı yaranıb. Məsələn, dekabrın 15-də vəfat edən jurnalist Rəşad Süleymanov vəziyyəti ağırlaşdıqdan sonra xəstəxanaya aparılsa da, qəbul edilməyib, çünki yer olmadığını deyiblər. Çarəsiz şəkildə evə qaytarılan həmkarımız 38 yaşında dünyasını dəyişib…

Yəni artıq Azərbaycanın səhiyyə sistemi virusla uğurla mübarizə aparacaq durumda deyil və onun bu istiqamətdə imkanları demək olar ki, tükənib. Ümid ona qalıb ki, əhali özünü mümkün qədər qorusun, yaxud yoluxanların immuniteti güclü olsun ki, bu xəstəliyə qalib gələ bilsinlər.

Epidemiyanın tüğyan etdiyi belə bir dövrdə Azərbaycanın səhiyyə naziri ortada yoxdur. Gözə dəymir. Xalqın sağlamlığına, dövlətin səhiyyə siyasətinə məsul olan şəxs bu cür gərgin günlərdə də aktiv olmayacaqsa, insanların dərdinə əlac axtarmayacaqsa, bəs, onda belə nazir kimə lazımdır?

Bəziləri deyə bilər ki, bəlkə də Oktay Şirəliyev kabinetinə və ya evinə qapanıb, gərgin işləyir, sadəcə, biz bilmirik. Belədirsə, onda heç olmasa, həftədə bir dəfə ictimaiyyətə müəyyən açıqlamalar, mediaya müsahibələr vermək olmazmı? Bəli, aydındır ki, koronavirusla mübarizə işi TƏBİB-ə tapşırılıb, amma bu boyda səhiyyə sisteminə rəhbərlik edən şəxs heç nəyə cavabdeh deyilmi? Belə anormal durum dünyanın harasında var?/Konkret.az

9 views0 comments

Recent Posts

See All

Comments


bottom of page