top of page

Avropanın ən böyük cek-potunu TÜRK UDDU

  • Xuraman Həmidova
  • Jan 28, 2021
  • 1 min read

Avropanın ən geniş yayılmış loto oyunu “Eurojeckpot”un (Avrocekpot) 98,4 milyon avroluq uduşu Almaniyada yaşayan Türkiyə vətəndaşına qismət olub.

DİQQƏT.info xəbər verir ki, Şimali Reyn Festfaliya əyalətində yaşayan türk Münster Vestlotto Mərkəzinə gedərək kuponu təqdim edib və uduşu təhvil alıb.

Bundan əlavə, qazanılan məbləğin düzgün qaydada xərclənməsi, həmçinin hüquqi prosedurlarla əlaqədar olaraq cek-potu qazanan şəxsə məsləhətçi də təyin edilib.

Qeyd edək ki, həmin Türkiyə vətəndaşının kimliyi açıqlanmır./axar.az

Komentarji


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page