top of page
Xuraman Həmidova

“Atəşkəsi pozan erməni silahlıları hərbi əsir deyil, terrorçu kimi mühakimə olunacaq” - Ş.Ramaldanov


Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Qələbə qazandı. Noyabrın 10-da imzalanan üçtərəfli bəyannaməyə əsasən, Qarabağda atəşkəs elan olundu. Daha sonra razılaşmaya uyğun olaraq bölgədə Rusiya sülhməramlı kontingenti yerləşdirildi, işğal altındakı bir neçə rayon boşaldıldı, əsir və girovlar dəyişdirildi.

Amma son günlərdə Ermənistan tərəfi üçtərəfli bəyannaməni pozmağa çalışır. Belə ki, Qarabağ meşələrində gizlənmiş erməni silahlıları müxtəlif istiqamətlərində Azərbaycan hərbçilərinə qarşı təxribatlar törədirlər. Bu təxribatlar zamanı onlar özlərini terrorçular kimi aparırlar.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb.

Qeyri-rəsmi məlumatlara əsasən, bu əməliyyatlar zamanı 100-dən çox erməni hərbçi tutulub. Bəs saxlanılan erməni hərbçilərlə necə davranılmalıdır?

Əgər müharibə bitibsə, onlar hərbi əsir sayılırmı? Azərbaycan tərəfi təxribatlar törətmiş erməni silahlılarını terrorçu kimi mühakimə edə bilərmi?

Mövzu ilə bağlı Modern.az-a hərbi ekspert, polkovnik Şair Ramaldanov açıqlama verib. Onun sözlərinə görə, biz bu təxribatları gözləyirdik:

“Qarşı tərəfin etdiyi quldurluq, terrorçuluqdur. Bu təxribatları törədən və əməllərinə görə tutulan həmin silahlılar beynəlxalq hüquq və Cinayət Məcəlləsində olduğu kimi hərbi əsir deyil, terrorçulardır. Onlara məhz terror aktı törədən şəxslər kimi yanaşılacaq. Çünki, müharibə dayanıb və Azərbaycan qələbə qazanıb. Orada təxribat törədənlər Cinayət Məcəlləsinin qanunlarına əsasən, məsuliyyətə cəlb olunacaqlar. Mən düşünürəm ki, bizim güc strukturlarımız bu barədə ciddi işlər görəcəklər ”.


114 views0 comments

Recent Posts

See All

Komentáre


bottom of page