top of page
Xuraman Həmidova

Ata Abdullayev Ombudsmana : "Mən tutulsam, məni qoruyacaqsınız?" — VİDEO


Blogger Ata Abdullayev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya həbs edilmə ehtimalı ilə bağlı gözlənilməz sual verib.

DIQQƏT.info xəbər verir ki, Ata Abdullayev son vaxtlar tənqidi çəkilişlər apardığı məmurlarla bağlı azadlığı üçün təhlükə olması ehtimalını dilə gətirərək, Ombudsman Səbinə Əliyevaya “mən tutulsam, məni müdafiə edəcəksiniz?” sualı ünvanlayıb.

Ata Abdullayev son günlər müxtəlif məmurlarla bağlı tənqidi çəkilişlər etdiyini deyib:

“Ürəyimdə belə hiss var ki, sabah başıma hər hansı iş gəlsə, Ombudsman olaraq Səbinə xanım mənim hüquqlarımı qoruyacaqmı?”.

Ombudsman Səbinə Əliyeva isə bloggerə cavabında bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət edən hər kəsin hüquqları müdafiə olunur:

“Azərbaycan Konstitusiyasınınn tələblərinə uyğun olaraq hər kəs bizə müraciət edə bilər. Ölkə Ombudsmanı olaraq biz hər bir müraciəti araşdırırıq”./Konkret




24 views0 comments

Recent Posts

See All

Comments


bottom of page