top of page
Xuraman Həmidova

ASALA terror təşkilatı Ankara və Bakını təhdid etdi: Az qalıb!


Əgər Türkiyə “erməni torpaqlarına” ermənilərin sivil yollarla qaytarılmasından imtina edirsə, diasporun Ankara ilə başqa dildə danışmaqdan başqa seçimi qalmayacaq. DİQQƏT.info Axar.az-a istinadən xəbər verir ki, bunu ASALA terror təşkilatının nümayəndəsi Aram Aykazyan deyib. “Türkiyənin yeni sərhədlərinin salınması ilə bağlı ermənilər və dost ölkələrin maraqlarının kəsişəcəyi gün uzaqda deyil. O zaman bizim tarixi torpaqlarımızı minimal itkilərlə geri qaytarmaq üçün imkanımız yaranacaq. Ermənistanın hazırda Türkiyəyə münasibətdə nə avantürist, nə dost addımı atmasına ehtiyac var. Ermənistan Sürix protokolları kimi biabırçı sənədlərin imzalanmasından qaçmalı, bizim haqlarımızın reallaşdırılmasına mane olacaq yeni türk tələlərindən yan keçməlidir”, – deyə o bildirib. Aykazyan ASALA-nın Ermənistanda nə nümayəndəliyi, nə də tərəfdarı olduğunu deyib.

45 views0 comments

Recent Posts

See All

コメント


bottom of page