Tofiq Abbasov: “Onların təxribatları bir neçə məqsədə hesablanıb”
Erməni hərbçilərinin son günlər yeni təxribatlara əl atması Azərbaycanda ciddi narahatlığa səbəb olmaqdadır. Ordumuzun təxribatçıları zərərsizləşdirməsinə baxmayaraq, gələcəkdə də bu cür təribatların baş vermə ehtimalı bu narahatlığı artırır. Bəs bu təxribatları önləməyin ən effektiv yolu nədir?
DİQQƏT.info-nun məlumatına görə bu barədə politoloq Tofiq Abbasov açıqlama verib.O, məlum problemin həlli üçün sadə bir variantın mövcudluğuna diqqət çəkib:
“Ermənistanda revanşizm meyilləri güclənir. Ab-hava çox gərgindir. Onlar bir tərəfdən düşgün vəziyyətdədirlər. Digər tərəfdən onların radikal-ekstremist ünsürləri qisas tələb edirlər. Ermənistanda hazırda hərc-mərcilik hökm sürür. Siyasi sahədə də eyni vəziyyət hökm sürür. Ona görə də biz indi desək ki, Paşinyan qətiyyətlə bütün vəziyyəti nəzarətdə saxlayır, bu, düz olmaz. Çoxlu təxribatçı qüvvələr var ki, onlar öz təxribatlarını davam etdirirlər. Onların əsas məqsədlərindən biri odur ki, birinci sabitlik bərqərar olmasın. Çünki Ermənistan 44 günlük mühariənin nəticələrindən narazıdır. Digər baxımdan, çalışırlar ki, Azərbaycan ordusu ilə Rusiya sülhməramlılarını üz-üzə qoysunlar. Çünki əgər bir təxribat törədilirsə, Azərbaycan buna mütləq cavab verəcək və belə olanda ruslarla qarşıdurma ehtimalı artır. Bununla həmçinin Türkiyənin sülhməramlılarının bölgəyə gəlməsinin qarşısını almağa çalışrılar.
Ermənistanda Qarabağ layihəsindən qurtulmaq istəyənlər də, buna qarşı çıxanlar da az deyil. Ola bilsin ki, bu cür təxribatlar törətməklə ermənilər hələ müqavimət güclərini itirmədiklərini göstərmək istəyirlər.
Təbii ki, bunun qarşısını almağın bir yolu var. Azərbaycan ordusu gərək yerindəcə onların istənilən təxribatının qarşısını alsın, onların başlarını əzsin”./Moderator.az
Comments