top of page
Xuraman Həmidova

Arutyunyan təcili Rusiyaya qaçdı -O, Bakıya təhvil veriləcək?


Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyan Rusiyaya məxfi səfər edib.

"DİQQƏT" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd edilib ki, baş nazir Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın təklifi ilə Arutyunyandan qurtulmağa və Samvel Babayanı onun yerinə gətirməyə qərar verib.

Anna Akopyan-Samvel Babayan cütlüyünə qarşı gücsüz olduğunu başa düşən Arutyunyan mümkün istefasının qarşısını almaq üçün Rusiyaya tələsib. Moskvadakı görüşlərində Araikin Rusiya ilə problemi olan Samvel Babayanın separatçılara rəhbər gətirilməsindən şikayətlənəcəyi, bunun ilk növbədə Moskva üçün pis olacağını bildirərək kömək istəyəcəyi ehtimal edilir.

Hətta erməni mediası Ermənistan tərəfinin Arutyunyanı könüllü olaraq rəsmi Bakıya təhvil verə biləcəyi ehtimalını da istisna etməyib.

50 views0 comments

Recent Posts

See All

Comments


bottom of page