top of page
Xuraman Həmidova

Arutyunyan təcili Moskvaya çağırıldı - Erməni KİV


Azərbaycan dövlətinin 6 aydan çoxdur "İnterpol"la aradığı Qarabağın baş separatçısı Araik Arutyunyanın təcili olaraq Moskvaya çağırılması haqda informasiyalar yayılıb.

DİQQƏT.info xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadla yazıb.

Qəzetin yazdığına görə, Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri Moskvada Arutyunyanla qeyri-rəsmi görüşlər keçirəcəklər.

"Hraparak" Xankəndidəki separatçı erməni rejiminin mətbuat katibi Lusine Avanesyana bu haqda sual versə də, o, məlumatı şərh etmək istəməyərək “Hal-hazırda danışacaq bir sözüm yoxdur" -deyib. “A.Arutyunyanın Moskvaya getməsi faktını inkar edirsinizmi?” sualına isə Avanesyan belə cavab verib: "Şərhlərə ehtiyac yoxdur...".

Erməni nəşri hesab edir ki, Moskvada Araikə Ermənistan baş naziri Paşinyanla münasibətləri Rusiyanın maraqlarına uyğun tənzimləməyi, onun arzularının çoxunun separatçı rejimin gələcəyinə zidd olduğunu anladacaqlar./Moderator.az

26 views0 comments

Recent Posts

See All

Comentarios


bottom of page