top of page

Arutyunyan: Rus sərhədçilər gəldi, Bakı ilə razılaşdıq - VİDEO

  • Xuraman Həmidova
  • Dec 21, 2020
  • 1 min read

ree

Ermənistan-Azərbaycan sərhədində Rusiya sərhədçilərinin yerləşdirilməsi ucbatından ölkənin suverenliyinin itirilməsi haqqında iddialar doğru deyil.

DİQQƏT.info xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan deyib.

“Suverenliyin itirilməsindən yalnız təhlükəsizlik təmin olunmadığı zaman bəhs etmək olar. Bu gün atılan addımlar dövlətin təhlükəsizliyini və suverenliyini gücləndirir”, – deyə o bildirib.

Arutyunyan Rusiya ilə razılaşma əsasında rus sərhədçilərin Gorus-Qafan avtomobil yolunun bir hissəsinə yerləşdiyini deyib. O, Azərbaycanla razılaşma əldə olunduğunu və buna əsasən, yolla sərhədçilər arasında heç bir ordu bölməsinin olmayacağını bildirib.



Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page