top of page
Xuraman Həmidova

Artezian naqillərini oğurlamaq istəyən şəxsi elektrik cərəyanı öldürdü


Yevlax rayonunun Kolanı kəndində 30 yaşlı şəxsin elektrik cərəyanı vurması nəticəsində öldüyü hadisənin təfərrüatı məlum olub.

DİQQƏT.info bildirir ki, "Report"un məlumatına görə, Yevlax rayonunun Malbinəsi kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Məmməd oğlu Mehrəliyev Kolanı kəndindəki taxıl və yonca sahələrinin suvarılması üçün istifadə edilən artezian quyularındakı transformatorun naqillərini oğurlamaq istəyib. Ancaq naqilləri kəsmək istəyərkən onu elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb.

Mərhumun bundan öncə Tərtər və Yevlaxda da eyni əməlləri törətməkdə şübhəli bilindiyi ortaya çıxıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

7 views0 comments

Recent Posts

See All

Comments


bottom of page