"Əvvəlcə iki azərbaycanlı təxribatçını – Şahbaz Quliyev və Dilqəm Əsgərovu təhvil verərək, Paşinyan Əliyevin vədini reallaşdırdı. İlk əsir qrupumuzun qayıtmasına zəmanət verdi, lakin qalanlarının taleyini təhlükə altına aldı”.
DİQQƏT.info xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovannisyan özünün facebook səhifəsində yazıb. Keçmiş nazir əlavə edib ki, ”Bu qatillər son erməni məhbus qayıdana qədər Ermənistanda qalmalı idilər. Yalnız bu vəziyyətdə Əliyev oğlanlarımızı qaytaracaqdı. Paşinyan – xain, axmaq … amma bu qədər?”
Comments