Arayik Arutyunyan əsirlər xəbərini təsdiqlədi: “Məsuliyyət daşıyanlar həbs olunacaq...”
- Xuraman Həmidova
- Dec 16, 2020
- 1 min read

Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Arutyunyan erməni əsgərlərinin əsir düşdüyünü təsdiqləyib:
"Təəssüf ki, Xtsaberd istiqamətində onlarla hərbçimiz Azərbaycan tərəfindən əsir götürülüb və hazırda Müdafiə Nazirliyi vəziyyətə aydınlıq gətirir. Şəxsən mən bu olaya görə məsuliyyət daşıyanların həbs edilməsində israrlı olacağam. Hərbçilirəmizin tezliklə və sağ-salamat vətənlərinə qayıtması gələcək səylərimizin mərkəzində olmalıdır və biz bu istiqamətdə artıq addımlar atırıq”.



Comments