"Arayik Arutyunyanın əlində fotosunu tutduğu əsgərin nə ölən, nə itkin, nə də əsir düşən hərbçilərin siyahısında adı var".
DİQQƏT.info xəbər verir ki, bu barədə erməni jurnalist Anuş Trvanç bildirib. O deyib ki, həmin şəxs separatçı Arayikin yaxın dostunun oğludur və adı Qevorq Movsesyandır: “Qevorq döyüşlərin ilk günündən səfərbərliyə alınsa da, onun adına heç bir müharibə siyahısında rast gəlmək olmur. Hətta əsgərin ailəsi itkin düşənlərin yaxınlarının aldığı dəstəyi belə görmür. Ona görə ki, onun adı siyahıda yoxdur. Qohumları hələ də Qevorqu Ermənistanın və Qarabağın hər yerində axtarırlar. Oğlanı tapmaq mümkün deyil, adı siyahılarda yoxdur, amma kilsəyə daxil olacaq bir fotosu var!”. /Azvision.az
Comentarios