top of page

Araiki bəsləyənlərə niyə cavab verilmir? - “Rəsmi Bakı icazə verməməlidir”

  • Xuraman Həmidova
  • Dec 20, 2020
  • 1 min read

ree

"Rusiya Azərbaycan ərazisindən Xankəndiyə tikinti materialları, humanitar yardım aparır. "Özünü müdafiə dəstələri" adında qanunsuz silahlı birləşmə təchizatla təmin edilir və Azərbaycan əsgərinə qarşı diversiya edir. Arayik Arutunyan da Rusiyanın yardımı ilə "mini hökümət" qurur. Bizə qarşı düşmənçiliyi davam etdirir. Rusiya Qarabağdakı ermənilərə yardım etməklə Azərbaycana qarşı qoyur. Rusiyanın buradakı ermənilərə humanitar və infrastruktur qurması qanunsuzdu və buna rəsmi Bakı icazə verilməməlidir". DİQQƏT.info xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə Qarabağdakı hazırki durumu şərh edərkən deyib. "Azərbaycan tədricən özü bu işləri etməli idi. Oradakı ermənilər ya qalacaq bizim suverenliyimizi qəbul edəcək, yaxud çıxıb gedəcəkdi. Rusiya bunlara kömək etməklə, yenidən burada mina hazırlayır. Silahlı erməni birləşmələri qalacaqsa, ora humanitar yardımın aparılmasına icazə verilməməlidir. Azərbaycan mütləq Rusiya rəhbərliyinin bu təxribatçı siyasəti nəticəsində ermənilərin dirçəldilməsinə imkan verməyəcək. Əvvəlki vəziyyət tarixdə qaldı", - deyə politoloq əlavə edib.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page