top of page
Xuraman Həmidova

"Anama deyin..."- Bir şəhidin öz əlləri ilə yazılmış hekayəsi / FOTOLAR


Son sözü bu oıdu Xocalı balasının... Görəsən bu igid anasına nə deyəcəydi? Müharibəyə getməmişdən öncə vəsiyyətini də yazmışdı... Namiq Rəhbər oğlu Cavadov mənim ən sevimli şagirdlərimdən biri olub. Heç vaxt nə dərsə gecikər, nə dəcəllik edərdi. Uzun boylu, yarlı-yaraşıqlı bir oğlan idi. Necə deyərlər, qızdan gəlindən həyalı, bir söz deyəndə yanaqları qızarardı... Lap dağlarımızın lalələri tək. Xocali soyqırımını yaşadı... Vətən müharibəsinə könüllü yollananda “Mən özümə sığışdırmaram ki, Xocalım, Qarabağım uğrunda döyüşlərdə döyüşməyim” dedi. Anası Svetlana xanım da oğlunu hərbi komissarlığa özü apararaq müharibəyə göndərmişdi. Bax, əlləri öpüləsi analar beləsidir...


Ay Allah, bu nə qismət, mənə şagirdlərimin ölümünü görmək nəsib oldu. 1-ci Qarabağ müharibəsində də, Vətən müharibəsində də neçə-neçə şagirdlərim şəhid oldular. Namiqlə hər görüşəndə o mənə “müəllimim”, mən də ona “ay mənim sevimli şagirdim” deyərdim. Xəyallar qurmuşdum, sən cəbhədən, qucaq dolu xatirələrindən, döyüş yolundan danışacaqdın, mən də qəhrəmanlığını vəsv edən yazılar yazacaqdım. Amma belə yazı yazmaq sənin və mənim qismətin oldu. Öz əllərinlə yazdığın yazının nöqtəsinə, nə də vergülünə toxunmadım.

Şəhidimizin keçdiyi həyat yolu ilə siz də tanış olun!

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!


SƏRİYYƏ MÜSLİMOIZI




88 views0 comments

Recent Posts

See All

Comments


bottom of page