top of page

Amin Musayevlə Bayram Kərimov azad olunur? - “Qızıl Xaç”dan REAKSİYA

  • Xuraman Həmidova
  • Dec 3, 2020
  • 1 min read

ree

Bu gün azərbaycanlı hərbi əsirlər - Amin Musayev və Bayram Kərimovun geri qaytarılacağı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, bu barədə informasiyaya sahib deyil.

Komitə rəsmisi bu cür məlumatları yayarkən məsələyə həssaslıqla yanaşmağı və şəxslərin ailələrini nəzərə almağı xahiş edib.

İ.Hüseynova deyib ki, hazırda hərbi əsirlərin geri qaytarılması üçün dialoqlar davam etdirilir.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page