top of page

Amin Musayev Bakıya nə vaxt gətiriləcək? - AÇIQLAMA

  • Xuraman Həmidova
  • Dec 14, 2020
  • 1 min read

ree

2-ci Qarabağ müharibəsi zamanı əsir düşən Amin Musayev sabah vətənə qaytarılacaq. DİQQƏT.info xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında Amin Musayevin xalası qızı Çinarə Əliyeva deyib. O bildirib ki, bu barədə ailəyə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən məlumat verilib. Qeyd edək ki, bu gün Dilqəm Əsgərov və Şahbaz Quliyevin Bakıya gətirilməsindən sonra Amin Musayevin də vətənə qaytarılması barədə məlumat yayılmışdı.


Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page