top of page
Xuraman Həmidova

"Al, bu da arvadının oğluma məktubları..." – Dəhşətli cinayətin şok təfərrüatı


Şəmkir rayonunda arvadını öldürməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Mübariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mübariz Məmmədov rəsmi nikahda olduğu arvadı Nailə Məmmədovanın qonşuuqda yaşayan Rəvan Qasımovla sevgi münasibətində olub, ona xəyanət etməsindən şübhələnib.

2020-ci iln aprelin 19-da, saat 08.30-da Nailə Məmmədovanı atasının yaşadığı Göygöl şəhərində yerləşən evindən özlərinin birgə yaşadıqları evinə gətirib. O, Nalə Məmmədovaya həyətyanı sahədə ona xəyanət etməsi və azyaşlı qızı Çiçək Məmmədova vasitəsilə Rəvan Qasımova sevgi məktubu göndərməsi barədə araşdırma yönümlü söhbət aparıb.

Bu zaman Nailə Məmmədova Rəvan Qasımova məktub yazdığını etiraf edib. Bundan hiddətlənən Mübariz Məmmədova ona 6 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

İstintaq orqanı tərəfindən Mübariz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

155 views0 comments

Recent Posts

See All

Comments


bottom of page