“Avropa İnsan Hüquqları Məhkəməsi bu gün mənim şikayətim əsasında Azərbaycana qarşı növbəti qərarını açıqlayıb.”
DİQQƏT.info bildirir ki, Bizim.Media-nın məlumatına görə, bu barədə ictiai fəal Bəxtiyar Hacıyev feysbuk səhifəsində yazıb.
Bildirib ki, məhkəmə "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 3-cü maddəsinin Azərbaycan dövləti tərəfindən pozulması faktını tanıyıb.
B.Hacıyevin sözlərinə görə, Avropa Məhkəməsi dəymiş mənəvi zərərə görə Azərbaycan dövlətinin ona 12.000 avro kompensasiya verməsinə qərar verib. O, qeyd edib ki, dövlət bu kompensasiyanı növbəti 3 ay ərzində ödəməlidir.
Comments