top of page
Xuraman Həmidova

Adı sülhməramlı, əslində isə... - Ruslardan Azərbaycana qarşı TƏXRİBAT


Qarabağda yerləşdirilən Rusiyalı sülhməramlıları Azərbaycana qarşı təxribata əl atıb.

DİQQƏT.info Teleqram kanalına istinadən xəbər verir ki, Sülhməramli Qüvvələrin gündəlik brifinqi zamanı otaqda Rusiya bayrağı ilə yanaşı, tarixin arxivinə göndərilmiş qondarma “Qarabağ respublikası”nın da bayrağı qoyulub.

Xatırladaq ki, Rusiya sülhməramlı qüvvələri münaqişə bölgəsinə noyabrın 10-da Ermənistanın kapitulasiya aktını imzaladıqdan sonra daxil olub.

Sülhməramlıların əsas missiyalarını unudub, təxribatla məşğul olurlar. Onların missiyası atəşkəsin pozulmasının qarşısını almaq və yerli sakinlərə humanitar yardımın göstərilməsindən ibarətdir.

133 views0 comments

Recent Posts

See All

コメント


bottom of page