top of page

ADPU-dan özünə qəsd edən tələbə ilə bağlı AÇIQLAMA

  • Xuraman Həmidova
  • Feb 14, 2021
  • 1 min read

Xəbər verildiyi kimi, Ağcabədi Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ramil Axundov özünə sui-qəsd edib. Gəncin hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil. Hadisə ilə bağlı KİV-də yayılan məlumatlarda onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi və filialın TGT sədri olması qeyd edilib. DIQQƏT.info xəbər verir ki, məsələ ilə bağlı “Report”a açıqlama verən ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun əməkdaşı Cavid Hüseynov qeyd edib ki, yayılan məlumatlar əsassızdır və gənc ADPU-nun Ağcabədi filialının yox, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi və həmin kollecin TGT sədri olub: “Əlavə olaraq bildirək ki, hazırda ADPU-nun Ağcabədi filialının TGT sədri postu sabiq sədr Eltac Fərzəliyev 2020-ci ilin iyulunda təhsilini bitirərək həqiqi hərbi xidmətə yollanandan sonra hələ ki, boşdur”.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page